Azərbaycanın yeniyetmə musiqiçisi, Şəki şəhər 3 saylı Uşaq İncəsənət Məktəbinin 6-cı sinfində təhsil alan 13 yaşlı Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən "WORLD TALENT AWARD" beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə ən yaxşı nəticə göstərərək qalib adına layiq görülüb.
"
Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə report-a A.Əhmədzadənin yaxınları bildiriblər.
Qeyd edək ki, A.Əhmədzadə Şəki şəhər 8 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir. O, 6 ildir fortepiano üzrə musiqi təhsili alır. A.Əhmədzadə bundan əvvəl də beynəlxalq müsahibələrin qalibi olub.