Xəbər lenti
azerbaycanxeberleritv.az » Gündəm » Badmintonçularımız beynəlxalq turnirdə 3 qızıl medal QAZANDILAR
Gündəm / İdman / Bugün, 15:00

Badmintonçularımız beynəlxalq turnirdə 3 qızıl medal QAZANDILAR

Badmintonçularımız beynəlxalq turnirdə 3 qızıl medal QAZANDILAR


Azərbaycanın yeniyetmə badmintonçuları Venesuelada keçirilən beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıblar.

Badminton Federasiyasından "Azerbaycanxeberleritv.az"a verilən məlumata görə, oğlanların şəxsi yarışında mübarizəyə 1/8 finaldan başlayan Ülvi Hüseynov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni kateqoriya üzrə qızların şəxsi yarışında Leyla Camalzadə də turnirin qalibi olub.

Yeniyetmə badmintonçular daha bir qızıl medalı qarışıq qoşa kateqoriyasında əldə edib. Ülvi Hüseynov – Leyla Camalzadə tandemi müvafiq kateqoriya üzrə yarışı ilk sırada başa vurub.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.