
Azərbaycanlı müstəqil tədqiqatçı Kamal Babayev, Quran mətninin kompleks araşdırmasını apararaq, innovativ rəqəmsal dilçilik metodlarından və çoxşaxəli yanaşmadan istifadə etmişdir. Onun tədqiqatlarında qədim semit və Mesopotamiya dilləri ilə müqayisəli təhlil əsas rol oynamışdır.
"MUMtv.az" qeyd edir ki, Kamal Babayev Quranın rəqəmsallaşdırılmış versiyasını yaratmış, burada sözlərin unikal indeksləşdirilməsi sayəsində təkcə sözləri deyil, həm də mətnin daxili hərf strukturlarını analiz etmək mümkün olmuşdur. Bu, mətnin əlifba-səlis kodlaşdırılmış strukturunu və dərin semantik əlaqələrini aşkar etməyə imkan vermişdir.
Tədqiqat müddətində o, ivrit, Kabbala, qədim şumer, akkad və assur mixi yazılarını, həmçinin Enok peyğəmbərin və Gilqameş kitablarının mətnlərini öyrənmişdir. Bu, ona aşağıdakıları aşkar etməyə imkan vermişdir:
- Quranın hər bir hərfinin ənənəvi anlayışdan kənar, semantik mənaya malik olması;
- Mətnin məntiqi strukturlaşdırılmış alqoritm əsasında qurulması;
- Quran mətninin doğru oxunuşu üçün mətnin həqiqi mənasının deduktiv metodlarla açılması zəruriyyətini. Çünki, müəllifin şifrələdiyi düzgün mənalar lüğətlərdə deyil, kontekst daxilində gizlənmışdir.
Ən böyük kəşfi isə:
- Artıq 1400 il müəmma olan xuruf ul-mukadda-nin (surələrin əvvəlidəki tək hərflər) sirrini aşması və bu hərflərin təsdüfi olmadığını kəşf etməsidir.
VİDEO: https://t.me/olke_ve_dunya_gundemi/21263
Kamal Babayev, araşdırmaları zamanı ərəb dili ilə yanaşı, Azərbaycan dilindəki fonetik və semantik oxşarlıqlara, həmçinin qədim şumer və akkad sözlərinə diqqət yetirmişdir. Bu, regionun dərin dil və mədəniyyət irsinin göstəricisi kimi dəyərləndirilir.
Nümunələr:
- ayət (ərəb) — ayatu (akkad) — alət; alət (az) — alət, vasitə
- -ət, ətu kimi sonluqların əslidə Quranda dilimizdəki “ət”, yəni “tamalayıcı” kimi
- ‘ud (ərəb) / ud (az), istəwə (ərəb) / istə (az), qalə (ərəb) / qala (az), tənəhy (ərəb) / tənha (az) və digər sözlər.
VİDEO: https://t.me/olke_ve_dunya_gundemi/21264
Bundan əlavə, tədqiqat zamanı Muğan toponiminin ərəb işğalından çox əvvəl yaranmış olduğunu iddia etmiş və bunu dilin semantik xüsusiyyətləri ilə təsbit etmişdir.
Kamal Babayev tədqiqatları zamanı özünəməxsus PaNİ adlı metodologiya işləyib hazırlamışdır. Bu metodologiyada semantik açar kimi Azərbaycan sözlərinin rolu əsas yer tutur və qədim sözlərin əsl mənalarının üzə çıxarılmasında aparıcı vasitə hesab olunur. Təqiqatçı hazırda öz kitabı üzərində işlədiyini və kitabın yaxın zamanlarda çapa gedəcəyini bildirir.
Bu kəşflər semitologiya, müqayisəli dilçilik və regional tarix sahəsində böyük əhəmiyyət kəsb edir. Tədqiqatşı, gələcəkdə bu mövzuları geniş şəkildə izah edən monoqrafiya hazırlamağı planlaşdırır ki, geniş elmi ictimaiyyət yeni interpretasiyalarla tanış olsun.
Kamal Babayevin tədqiqatları Azərbaycanın qədim xalq kimi mövqeyini möhkəmləndirməklə yanaşı, milli dil və mədəniyyətin elmi səviyyəsini yüksəltməyə xidmət edir.
Biz də, redaksiyamızın adından ona uğurlar diləyir və səbirsizliklə kitabın işıq üzü görməsimi gözləyirik.
Uğurlar, Kamal bəy!