Xəbər lenti
azerbaycanxeberleritv.az » Gündəm » Bu ölkə də 2026-cı ildə avroya keçəcək
Gündəm / İqtisadiyyat / Dünya / Bugün, 14:00

Bu ölkə də 2026-cı ildə avroya keçəcək

Bu ölkə də 2026-cı ildə avroya keçəcək

2026-cı ilin 1 yanvarından etibarən Bolqarıstan milli valyutası olan leva ilə vidalaşacaq və avroya keçəcək. Bu qərar artıq Avropa Mərkəzi Bankı (AMB) tərəfindən təsdiqlənib. İndi yalnız avrozonanın maliyyə nazirlərinin rəsmi razılığı qalır ki, onun da 2025-ci il iyulun 8-də verilməsi gözlənilir.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bununla Bolqarıstan avronu rəsmi valyuta kimi qəbul edən Avropa İttifaqının 21-ci ölkəsi olacaq.

Artıq bu ilin avqust ayından etibarən mağazalarda qiymətlər həm lev, həm də avro ilə göstəriləcək. 2026-cı ilin yanvarından isə yalnız avro ilə ifadə olunacaq.

Qeyd edək ki, Bolqarıstan Avropa İttifaqına 2007-ci ildə üzv olub.

Hazırda avro Avropa İttifaqına üzv olan 27 ölkədən 20-də rəsmi valyuta kimi istifadə olunur. Avro banknotlarının üzərində Avropa memarlıq üslublarını əks etdirən arxitektura elementləri — tağlar, körpülər və binalar təsvir olunub. Bu təsvirlər real tikililər deyil, ümumiləşdirilmiş simvollardır.

“Europuls”un yazdığına görə, Avropa Mərkəzi Bankı yaxın bir neçə ildə dövriyyəyə buraxılacaq avro banknotlarının yenilənmiş dizayn mövzularını da ictimaiyyətə təqdim edib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.