Həmin gündən sonra Məhəmməd müəllimin bütün fikri Xalidənin yanında olardı. Daha doğrusu, Xalidənin gələcəyi haqqında düşünər, onu istədiyi sənətin zirvəsinə qədər ucalması haqqında yollar axtarırdı. O, qızının istedad və bacarığına bələd olsa da, dünyanın yenişindən, yoxuşundan da yaxşı xəbəri vardı. Haqqın, ədalətin yalnız güclərin yanında olduğunu bilirdi.
-Nə fikirləşirsən ?- deyə həyat yoldaşının mehriban səsi onu xəyaldan ayırdı. - Bəlkə nədənsə qayğılanırsan ?
-Yox, Xanım, yox. Elə bir şey yoxdu. – Sonra o fikirli halda əlavə etdi.- Bilirsən, böyük həqiqətlər ən sadə olanlardır. Bu fikir həmişə məni düşündürüb. Bəzən biz xöşbəxtliyi hardasa uzaqlarda, lap uzaqlarda axtarırıq və bizə elə gəlir ki, o hardasa uca bir zirvədədir. Ancaq bilmirik ki, o bəzən bizimlə birgə, yanaşı addımlayır, sadəcə biz onu görmür, uzaqlara baxırıq.
Xanım təbəssümlə soruşdu :
-Nə olub, a kişi, nə baş verib ? -Narahat olma, elə bir şey yoxdur. O günü Xalidə ilə söhbət edirdim.Onun fikirləri, düşüncələri məni çox təəccübləndirdi. Uzun illər bir yerdə yaşayırsan, amma bir-birimizdən, bir birimizin içindən xəbərimiz olmur. -Xalidə ağıllı qızdır, sən ki, bunu blirsən. -Hə...Amma belə bilmirdim. O, yoldaşlarından çox qabağa gedib. Özü də mən zənn edirdim ki, o, filoloq olacaq. -Bəs nə olmaq istəyir? -Rəssam. -Rəssam ? – Xanım təəccüblə ərinin üzünə baxdı. -Hə. Rəssamlıq gözəl sənətdir. Mən deyərdm ki, lap Allah vergisidir. -Mən də elə bilirdim ki, ötərgii istəkdir, keçib gedəcək. O günü direktor da məni yolda gördü, çox təriflədi. Dedi ki, Xalidədə xüsusi istedad var.
Onun üstündə möhkəm dayanın. O, gələcəyin məşhur rəssamı olacaq...
-Mən də buna inanıram... -Maşallah, sənə çəkib da.,- o gülümsündü,xoş təbəssümlə ərinə baxdl.- Sənin kimi kişinin elə də qızı olmalı idi. -Sağ ol, Xanım, mən səndən çox razıyam. Sən sədaqətli, güvənli həyat yoldaşı, fədkar anasan. Mənim ömrümü mənalandıran bir ləli- cövhərsən.
Sevgi evliliyi, ər-arvad münasibətlərini müqəddəsləşdirir. Bilirəm ki, sən məni dünyalar qədər sevirsən.
Xanım utandı. Yanaqlarına xəfif qızartı çökdü.:
-Bu azdır...
Onun zəif,incə, mülayim və mehriban səsi Məhəmməd müəllimin qəlbinə qüvvət, ruhuna rahatlıq gətirdi.Dərindən elə bir nəfəs aldı ki, sanki illərdən bəri yığılıb qalan bütün yorğunluqları bir anın içərisində çəkilib getdi. Ruhu təzələndi. Ruh mənəvi rahatlıqdan, sevgidən, xoş münasibətdən qidalanır. Sevən insanlar heç vaxt paxıl, xəbis, ziyankar ola bilməzlər. Belə insanlar yalnız yüksək arzu və amallarla yaşayır.Xeyirxah. mehriban, əliaçıq olurlar. Heç kim bilməsə də göydə Allah, yerdə Xanim bilirdi ki, Mahmudkənddə elə ailələr və adamlar var ki, onların yeganə ümidi Məhəmməd müəllimdir. Çox vaxt Məhəmməd müəllim kimə nə etdiyini həyat yoldaşına da demirdi. Axı o, bəzən bu etdiklərini vardan yox, yoxdan edirdi, uşaqların payından kəsərdi. Xanım bildiklərinə heç vaxt daralmazdı.Əksinə, ərinin belə hərəkətlərindən zövq alar və qürurlanardı.Çünki onun özü də nəcib bir insan idi, əliaçıq və xeyirxah idi. İnsanları həmişə gülərüz,xöşbəxt görmək istəyirdi...
Həyət qapısının aramsız zəngi onları düşüncələrindən ayırdı. Xalidə tez gedib qapını açdı. Gələn məktəb direktorunun müavini idi. Xalidəni evdə görüb çox sevindi:
-Salam, qızım. Nə yaxşı evdəsən, elə sənin üçün gəlmişəm. -Buyurun, buyurun, - deyə Xalidə direktorun tədris hissə üzrə müavinini evə dəvət etdi, - Xoş gəlmisiniz.Mən həmişə Sizn qulluğunuzda hazıram. Keçin içəri. -Bilirəm, qızım, bilirəm. Biz səndən çox razıyıq.
Biz deyəndə o, məktəb rəhbərliyini nəzərdə tuturdu.Çünki məktəbin bütün yazı-pozu işlərini Xalidə görürdü. Yazı-pozu deyəndə yəni plakatları, şüarları o yazar, divar qəzetini o hazırlayardı. Özü də necə? Rayon Maarif Şöbəsinin müdiri bir dəfə məktəbə gələndə demişdi ki, biz Bakıdan rəssamlar dəvət edirik, nə qədər pul veririk, heç belə gözəl, cəlbedici işləyə bilmirlər, çünki“xaltura” edirlər. Amma Xalidənin bütün əl işlərində sənət eşqi ilə döyünən bir ürəyin hərarəti, sevgisi, məhəbbəti hiss olunur. Biz bacardıqca belə istedadlı şagirdlərimizin əməyindən halallıqla istifadə etməliyik.
Məhəmməd müəllimin mehriban səsi eşidildi:
-Gör bir kim gəlib?.. Buyurun, buyurun...Xoş gəlmisiniz... -Xoş gəlmisiniz, - deyə Xanım irəli gedib onu qucaqlayıb öpdü.- Bizi çox sevindirdiniz. Onlar əyləşdilər. Xalidə mətbəxə keçdi. Hal-əhvaldan sonra direktor müavini gəlişinin məqsədini açıqladı. -Xalidəyə bir işimiz düşüb. Maşallah, onun səs-sorağı ryon mərkəzinə gedib çatıb. Maarif müdirimiz də Rayon Partiya Komitəsinin ideoloji katibinə deyib ki, Mahmudkənd kəndində belə istedadlı bir qız var. Çox bacarıqlı və işgüzardır. Bakıdan rəssam gətirib sifariş verməkdənsə, onun gücündən istifdə etmək daha sərfəlidir. Onlara verdiyimiz pulun yarısıni öz qızımıza verək, yarısı da büdcəmizdə qalsın. Bu təklifi katib bəyənib, Xalidə ilə maraqlanıb. Müdir deyib ki, bəs, Məhəmməd müəllimin qizidir.O da deyib ki, hə, Məhəmməd müəllimin qızı savadlı, bacarıqlı olar.
Məhəmməd müəllim dərin fikrə getdi. Bu elə-belə söhbət deyildi. Ürəyində sevinsə də, nə qədər məsuliyyətli və çətin olduğunu bilirdi. Dərs hissə müdiri əlavə etdi:
-Direktorumuz da gəlmək istəyirdi. Dedim lazım deyil, bu ailə mənə çox yaxındır. Sənin də adından danışaram. -Hə, əlbəttə. Sizin hamımız bizə yaxın adamlarsınız. Ancaq pul məsələsini açıb-ağartmaq lazım deyil. Mənim maarif müdirinə də böyük hörmətim var, ideoloji katibə də.Bizim hamımız rayonumuza kömək etməliyik. Özü də təmənnasız. Eyni zamanda mənim qızım da. -Amma bir məsələ var ki, Xalidə bu işlərin öhdəsindən gələ bilərmi? – deyə Xanım narahatlıqla soruşdu.- Sonra biabır olıarıq.Qızın özünə də pis təsir edər.
Məhəmməd müəllim qətiyyətlə dedi:
-Mən ona inanıram. O. bizim bildiyimizdən də istedadlıdır. -Hə, əlbəttə, - deyə direktor müavini təstiqlədi. – Maşallah, o çox istedadlıdır. Məktəbdəki əl işlərinə baxıb çox bəyəniblər. Hətta danışırdılar ki, lap peşəklar rəssamlar kimi çəkir.Hər şey yerli- yerində, təbii və gözəl...
Elə bu vaxt Xalidə mətbəxtdən gətirdiyi çayları, mürəbbələri səliqə ilə stolun üstünə düzdü. Xanım mehriban və qayğılı bir səslə dedi:
-Əyləş, qızım,direktor müavininin səninıə söhbəti var, İş üçün gəlib. -Hə, bilirəm, ana, bu dəqiqə, - o, qalan şirniyyatları da gətirib oturdu.- Buyurun, indi Sizin qulluğuuzda hazıram.
Xanım tez dilləndi:
-Bu bir az çətin məsələdir, qızım, dərindən fikirləş. -Həyatda çətin heç nə yoxdur, ana. Sadəcə o çətinliyi həll etməyə istək lazımdır. Elə bir istək ki, bütün çətinlikləri aradan qaldıra bilsin.Bu istəyə bir növ sevgi də deyirlər. Sevgi, istək olan yerdə heç bir çətinlik ola bilməz. Bunları ki, mənə Siz öyrətmisiniz. -Hə, qızım, bu düzdür. Amma... -Amması yoxdur, ana, sözünüzü deyin.
Məhəmməd müəllim söhbətə qoşuldu:
-Qızım, böyük bir plakat çəkmək lazımdır. Rayon Partiya Komitəsindən də razılıq verilib ki, bu iş sənə tapşırılsın. Bu çox böyük və ciddi məsələdir. Xalidə gülümsündü: -Başa düşdüm. Mövzusu nədir, ölçüsü neçədir?
Direktor müavini rahatlıqla nəfəs alıb mehribanlıqla dedi:
-Qızım, rayon Maarif Şöbəsinin müdiri səninlə görüşmək üçün məktəbimizə gələcək. Başqa adamlar da olacaq. Onlar hər şeyi sənə izah edəcəklər. Lazım olan materialları da gətirəcəklər. Hələ sənə əməkhaqqı da verəcəklər. -Məmim əməkhaqqım Sizlərin mənə göstərdiyiniz böyük hörmət, inam və etimaddır. Bundan böyük heç nə yoxdur. Ancaq mənə elə vaxt verilməlidir ki, dərslərimə mane olmasın. -Hə, əlbəttə, hamısı nəzərə alınıb.Yalnız sənin razılığın lazımdır.
Xalidə dedi:
-Sizlər mənə böyük şərəf verir, hörmət göstərirsiniz..- O, nəsə demək istədi, dayandı, bir qədər fikirləşib sonra əlavə etdi – Əgər icazə versəydiniz bir söz deyərdim? -Hə, əlbəttə, buyurun. Məhəmməd müəllim dedi: -Çəkinmə, qızım, nə fkrin var de. -Bir məsələ məni həmişə düşündürür, - deyə Xalidə sözə başladı,- Mən görürəm, eşidirəm ki, kimsə dövlətdən, hökumətdən nəsə istəyir, umur, amma heç kim düşünmür ki, mən özüm bu dövlətə nə vermişəm? Ona görə mən özümü vətənə, dövlətə borclu hesab edirəm. Düşünürəm ki, mənim vətən qarşısında bir borcum var. Vətəndaşlıq borcu.
Hamı bir-birinin üzünə baxdı. Direktor müavini təəccüblə soruşdu:
- Niyə belə düşünürsən qızım,sənin nə yaşın var ki? Nəyə görə özünü borclu hesb edirsən ? -Bilirsiniz, - deyə Xalidə dərindən nəfəs aldı, - Mən oxuyuram ki, xarici ölkələrdə təhsil və səhiyyə sistemi pulludur, Hətta ali məktəblər də oxumaq da pulludur..Amma bizdə isə tamam əksinə, bütün maarif və səhiyyə ocaqları zamanından və nəkanından asılı olmayaraq bütün təbəqədən olan insnların üzünə açıqdır. Bundan gözəl nə ola bilər ki ? Buna görə də mən həmişə, hər zaman məktəbimizin, dövlətimizin tapşırıqlarına hazıram. -Çox gözəl, - deyə direktor müavini ayağa durdu. – Mən sənin fikirlərini rəhbərliyə çatdıraram.Dediklərinlə tamam razıyam. Amma hələlik dövlətin sizə borcu var.Sağ olun -Yox, belə olmaz. – Xanım etiraz etdi. – Çay içməmiş Sizi buraxan deyiləm. Şirniyyatların da dadına baxın, özüm bişirmişəm.
Xalidə də anasının sözünə qüvvət verdi:
-Görün mənim anam necə ləzzətli şirniyyatlar bişirir.
Direktor müavini onların sözünü yerə salmadı.Əslinə qlsa bu təkidli dəvət onun çox xoşuna gəldi.Belə gözəl, ləyqətli və şərəfli insanlar əhatəsində olmaq, söhbət etmək ona xüsusi zövq verirdi. Və bu insanlardan ona yalnız mənəvi rahatlıq, könül xoşluğu gəlirdi. Məmnunluqla oturdu. Birdən nəyisə xatırlayıb əl çantasına əl atdı :
-Tamam yadımdan çıxıb.- o, bu sözləri deyib Xalidəyə tərəf çevrildi. – Axı sənə sürprizim var. Deyirəm axı, bayaqdan nəsə demək istəyirəm... -Sürpriz ? – deyə Xalidə maraqla soruşdu. -Bəli, bəli, bu dəqiqə. – O.əl çantasını açıb bir qəzet çıxardı. Səni urəkdən təbrlk edirəm.Buyur, bu qəzetdə sənin “Leylək” rəsmin çap olunub. “Azərbaycan pioneri” qəzetidir. -Necə ?- deyə Xalidə sevinclə yerindən qalxıb qəzeti oun əlindən aldı. Özü də hiss etmədən direktor müavinini qucaqlayıb üzündən öpdü. Sonra tələsik qəzeti açıb baxdı.Onun böyük həvəslə çəkdiyi və Bakıya göndərdiyi “Leylək” rəsmi qəzet səhifəsində daha gözəl, daha möhtəşəm görünürdü.
Bu, həqiqətən də onun üçün çox gözəl sürpriz oldu.O, bir daha sevimli müəllimini qucqladı:
-Çox sağ olun, - dedi.- Sizə necə təşəkkür edəcəyimi bilmirəm. -Sən sağ ol, qızım. Sən sağ ol ki, rayonumuzun, məktəbimizin adını yüksəldirsən.Bizim üçün böyük şərəfdir ki,məktəbimizin adı respublika qəzetlərində çəkilir.Ona görə ideoliji katib direktorumuza zəng edib birinci katibin adından razlılğını bildirirdi. Bu çox böyük məslədir.
Bayaqdan bəri səbrlə, təmkinlə söhbətə qulaq asan Məhəmməd müəllim bu yerdə özünü saxlaya bilmədi:
-Qızım, ver baxım, - dyə qəzeti onun əlindən alıb fərəhlə oxumağa başladı. “İstedadlar : Xalidə Nağıyeva”. Xalidə Məhəmməd qızı Nağıyeva Naxçıvan Muxtar Respublikasının İliç ( indiki Şərur ) rayonunun Mahmumkənd kənd tam orta məktəbində oxuyur.Dərs əlaçısı və ictimaiyyətçidir. Gözəl əl qabiliyyəti var. Bu istedadlı qız boş vaxtlarında rəssamlıqla məşğul olur. Gözəl və maraqlı rəsmlər çəkir, canlı təbiət lövhələri yaradır.Rənglərdən və rəng qarışığından istifadə etməyi bacarır. Onu nəinki Mahmudkənd kəndində, hətta, rayonun bir çox məktəblərində tanıyırlar. -Düzdür, tamamilə düzdür, - deyə məktəbin direktor müavini Məhəmməd müəllimin sözünü kəsdi. – Bağışlayın, sözünüzü kəsdim. Əlbəttə düzdür. Rayon rəhbərliyi, şəxsən birinci katibin özü her dəfə zəng edəndə “rəssam qız”ı soruşur.
Xanım razılığını bildirdi:
-Sağ olsun. Elə Siz də sağ olun ki, uşaqların əməyinə, zəhmətinə, bacarığına düzgün qiymət verirsiniz.Bunun uşaqlara da, valdeynlərə də böyük təsiri var.
Məhəmməd müəllim:
-Əlbəttə böyük işdir. Onda uşaq da həvəslənir.ruhlanır. Daha yaxşı oxumağa, nümunəvi olmağa çalışır. Buna görə Sizə də, rayon rəhbərliyinə də öz dərin təşəkkürümü bildirirəm. -Siz sağ olun, Məhəmməd müəllim,Xanım bacı sağ olsun, Xalidə sağ olsun. -Hamı sağ olsun. -İndi isə yazının ardını oxuyuram. – Məhəmməd müəllim davam etdi. – “Dərs əlaçısı və həvəskar rəssam Xalidə Nağıyeva eyni zamanda məktəbin ictimai həyatında fəal iştirak edir, divar qəzetinin redaktoru və rəssamıdır. Qəzetimizin bu nömrəsində Xalidə Nağıyevanın “ Leylək” rəsmini istəkli oxucularımıza təqdim edirik”.
Məhəmməd müəllim məmnunluq və rahatlıqla dərindən nəfəs aldı. Sanki ruhu təzələndi. Qızının alnından öpüb dedi:
-Sağ ol, qizim, üzün ağ olsun. Unutma ki, sən yeni bir həyata qədəm qoyursan. Başlanğıc çox gözəldir.Respublika qəzetləri hər şəkil çəkən şagird haqqında belə yazmaz. Bu, çox ciddi məsələdir. Sənə daha böyük uğurlar arzulayıram. -Elə bil canlı Leyləkdir, - deyə dərs hissə müdiri öz fikrini bildirdi və sonra da əlavə etdi. – Hələ mənim sənə bir sürprizim də var. -Nə ? – deyə Xalidə özündən asılı olmayaraq səsləndi. – yenə sürpriz ? -Bəli.
Hamı maraqla direktor müavininin üzünə baxdı.O, bir az özündən razı halda dedi:
-Şəxsən sənə görə rayonumuzun Maarif Şöbəsinin müdiri məktəbimizə peşəkar rəssam göndərib. Sabahdan fəaliyyətə başlayacaq. Sənin haqqında ona demişik. Marif müdiri deyir ki, “Leylək” rəsmindən onun çox xoşu gəlib. Hətta inanmaq istəməyib. -Doğrudan ? – deyə Xalidə qeyri-ixtiyarı sevinclə soruşdu. -Əlbəttə, qızım, - deyə Məhəmməd müəllim qürurlandı. – Əgər yaxşı olmasa onu o boyda nüfuzlu qəzetdə çap etməzdilər. Yaqin ki, dərc etməmişdən əvvəl respublikanın tanınmış rəssamları ilə məsləhətləşiblər. Adətən belə olur. -Sən çox istedadlısan, qızım, - deyə direktor müavini ayağa durdu. – Bizim hamımız sənin istedad və bacarığına inanırıq. Sənə həmişə, hər zaman, hər yerdə uğurlar arzulayıram. -Çox sağ olun. Mən də Sizə çox dərin təşəkkürümü bildirirəm. Çalışacağam ki, mənə göstərdiyiniz ümid və inamı həmişə doğruldum. Bu mənim birinci və ən şərəfli borcum olacaq. Bu günkü gün mənə çox şeyləri anlatdı.
Direktor müavini görüşüb ayrıldı. Həyət qapısında Xalidə dedi :
-Çox sağ olun, zəhmət çəkdiniz..Sizin bu sürprizləri heç vaxt unutmaram...