azerbaycanxeberleritv.az » Gündəm » Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Səkkizinci hissə
Gündəm / Mədəniyyət / Dün, 20:22

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Səkkizinci hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Səkkizinci  hissə

Nizami TƏHMƏZOV

XALİDƏ HİCRAN
(Roman)
Səkkizinci hissə

I hissə + II hissə + III hissə + IV hissə + V hissə + VI hissə + VII hissə

Xalidə məktəbdən çıxanda çox həyəcanlı idi. Sifəti pörtmüş, gözləri qızarmış, qəlbi şiddətlə döyünürdü. Ona elə gəlirdi ki, həytının ən çətin sınağından çıxmış, yeni başlayacaq həyatının ilk pilləsinə uğurlu qədəm qoymuşdur. Rayon Prtiya Komitəsinin katibi və Rayon Xalq Maarif Şöbəsinin müdiri ilə görüş onun üçün bir növ həyata vəsiqə almaq qədər çətin və məsuliyyətli idi. Hər sual veriləndə atası ona baxır, ağıllı, məntiqli cavabından sevinir və qürurlanırdı. Bu, çox qəribə bir görüş idi. Və bu görüşün məqsədi də maraqlı idi: “ Gənc istedadlar sorağında”. Mahmudkənd kənd orta məktəbinin tarixində birinci dəfə idi ki, məktəbin əlaçı və istedadlı şagirdi, hmının “rəssam qız” kimi tanıdığı Xalidə Nağıyeva ilə rayon ideoloji rəhbərlərinin və münsiflər həyəti üzvlərinin görüşü keçirilirdi. Bu görüşdə məktəb direktoru hamıdan çox sevinirdi. Çünki o, dəqiq bilirdi ki, belə maraqlı bir görüş haqqında Naxçıvanda və respublika qəzetlərində ətraflı məlumat veriləcək. Görüşdən sonra Məhəmməd müəllimin ziyafət vermək haqqındakı təklifini isə belə qrşılamışdı: “ Sizi başa düşür və təşəkkür edirəm.Amma düşünürəm ki, bu ziyafət məktəbin adından verilsə daha yaxşı və effektli olar. Kolxoz sədri ilə də danışmışam, bütün hazırlıq işləri görülüb”
Xalidə bir az gedib dayandı. Çox da uzaqda olmayan Arpaçayın həzin zümzüməsi eşidilirdi. Ağrı dağının üstündəki bəyaz buludlar insana xoş təsir bağışlayır, könül rahatlığı yaradırdı. Xalidə rənglər haqqında, onun fəlsəfəsi hqqında çox oxumuşdu. Bilirdi ki, ağ- bəyaz rənglər təmizlik, düzlük, duruluq bldirir və insana daxili rahatlıq gətirir. Birdən- birə Xalidəyə elə gəldi ki, Ağrı dağının üstündə sanki nazlana-nazlana gəzişən bəyaz buludlar onun bu günkü uğurunun sevincini yaşayırdılar. Maarif Şöbəsinin sifarlşl ilə çəkdiyi plakat rayon başbilənlərinin çox xoşuna gəlmiş və hətta təəccüblənmişdilər. Bu xəbəri eşidəndə Məhəmməd müəllim o qədər sevinmişdi ki... Ata sevincinin şahidi olmq, onun fərəhini duymaq övlad üçün çox böyük qürur idi.
Ağrı dağından əsən meh onun qəlbinə sərinlik gətirir və bu sərinlik canına,ruhuna yayılırdı. Bəlkə də ona bu qədər rahatlıq gətirən Ağrı dağının sərin mehi deyil, bu günkü görüşün yaratdığı xoş təəssürat idi. Katibin verdiyi suallar hələ də onun qulaqlarında səslənirdi.“ Qızım, deyirlər rənglər sizin üçün bir dünyadır. Bunu necə başa düşək ?” Onda Xalidə demişdi:
-Təbiət də bir dünyadır, insanlar onu sevirlər, zövq və enerji alırlar. İstirahət üçün dağlar, meşələr qoynuna, mənzərəli yerlərə gedirlər. Amma onun fərqinə varmırlar ki, tabiət elə bütövlükdə rənglərdən ibarətdir. Müxtəlif rənglərin vəhdətindən ibarətdir.Hər bir rəngin özünün fəlsəfi anlamı və təsir gücü var. İnsanlar mahiyyətinə varmadan onu sevirlər. Ondan sərinlik, rahtlıq tapır, təsirindən duyğulanırlar. Həyat özü rənglərdən ibarətdir. Əgər bir anlıq həyatı rənglərsiz təsəvvür etsək, onda gözlərimiz önündə hansı mənzərə canlanar? Təbiət nə rəngdə olar? Bir az dərindən düşünəndə görürsən ki, rənglərin özü elə bir dünyadır. Bəzi insanlar nə üçün yaşadıqlarını bilmədikləri kimi, rənglərin də fərqinə varmırlar. Həyatda elə insanlar var ki,onlar yalnız bioloji ömür sürür, bir çox ali hiss və duyğulardan məhrum olaraq heç nə hiss etmirlər. Onlar üçün heç nəyin fərqi yoxddur. Sadəcə Allahın verdiyi ömrü yaşayırlar.
-Allahın?
-Məgər Allahın iradəsindən kənarda nəsə mövcuddurmu? Yer üzündəki bütün mövcudatlar, canlılar və cansızlar yalnız və yalnız cənab Allahın gücü və iradəsilə yaranmışlar. Dahi Nizaminin Allaha xitabətində bu fikirlər çox aydın çəkildə verilmişdir.
Onda direktor narazı halda Xalidəyə baxsa da ideoloji katibin işarəsi ilə susmuş və nəticədə razı qalaraq hətta Məhəmməd müəllimə belə bir uşaq tərbiyə etdiyinə görə təşəkkürünü bildirmişdir.
İdeoloji katib çox ağıllı və savadlı adam idi. Milli- mənəvi dəyərlərə üstünlük verən, haqqın- ədalətin yanında olan, doğruçuluğu, düzgünlüyü sevən bir şəxs idi. Xalidənin ağlı, məntiqli fikirləri, geniş dünyagörüşü, savadı, dərin mütaliəsi onun çox xoşuna gəlmiş, bunu Mahmudkənd kənd orta məktəbinin və ümumiyyətlə, Şərur rayonunun çox böyük uğuru hesab etmişdir.
Xalidə dərin düşüncələr və xoş duyğular içərisində gəlib Arpaçayın sahilinə çatdı.Çay yenə də əvvəlki kimi zümzümə edərək ilan kimi qıvrıla-qıvrıla axır, Ağrı dağının üstündəki ağ buludlar yavaş-yavaş gəzinir, bir sözlə, həyat öz axarı ilə gedirdi. Bu yerlər Xalidə üçün çox əziz idi. Buraların hər dağında-daşında, yolunda- cığırında onun izi vardı. Heç vaxt unudulmayan həzin uşaqlıq xatirələri vardı. Və bu şirin uşaqlıq xtirələri onun yaddaşında əbədi kök salmış, ömrünün, həyatının ən maraqlı günlərinə çevrilmişdir. Hər səhər ikinci növbə dərsə gedənə qədər bəzən tək, bəzən də Solmzla burda quş otarar, gələcək arzularından danışardılar. Danışardılar və sonra da dərindən ah çəkib ümidlərini yalnız uca Allaha bağlayardılar. Necə də qayğısız , şirin uşaqlıq illəri idi o illər...
Ağrı dağından gələn təmiz hava Arpaçayın “süzgəcindən” keçərək onun ciyərlərinə dolur, ruhunu oxşayırdı. Yapon alimi K.Nişi yazırdı ki, təmiz dağ havası insan sağlamlığının ən birinci təminatçısı, faydalı hərəkət isə onun tamamlayıcısıdır.
O, çiçəkdən çiçəyə qonan arıları görüb dərin fikrə getdi. Hardasa oxumuşdu ki, insanların görə bilmədiyi rənglər var. Və insanların görə bilmədikləri o rəngləri ancaq bal arıları görə bilirlər. Onlar təbii rəng seçimini və şirəsini elə dəqiq müəyyən edir və mənimsəyirlər ki, o çiçəklərin ruhu da incimir. O rənglərdən alınan bal min bir dərdin dərmanı olur. O cür təbii ballar çox az tapılır. Çünki onlar təbii rənglərdir, təbii rəngli şirələrdir. İnsanlar bunun fərqinə varmırlar. Çünki onlara hazır məhsul lazımdır.
O, dayandı, ətrafa baxdı. Sanki hər şey oun üçün indi yeni idi. Sanki o. hər şeyi indi görürdü. İndi görürdü və indi gördüyü hər şey onun üçün maraqlı idi. Ağrı dağı da, Arpaçayı da... Hətta bir az aralida dərdli-dərdli axan Araz çayı da...
Birdən birə ona elə gəldi ki, dünyanı da, insanları da idarə edən fikirdir. Rəssaamlıq da fikirlə, düşüncə ilə bağlıdır. Gördüyünü olduğu kimi çəkmək istedadır, bacarıqdır. Amma təxəyyülün, fantaziyanın yaratdığı əsərlər fikrin, düşüncənin, ağlın məhsuludur. Rəssamlar fikir, düşüncə ilə yaşayırlar. Fikir, düşüüncə əzabdır, amma şirindir. Sən bir əsər üçün fikirləşir, düşünür, əziyyət çəkirsən, sənin bu fikirlərinin, əziyyətlərinin məhsulu neçə-neçə insana estetik zövq verir, sevinc bəxş edir. Bax, onda sən də sevinirsən,çəkdiyin əzabları unudursan. Fikir, düşüncə sahibləri insanlar üçün , cəmiyyət üçün borcludurlar. Cəmiyyət üçün, insanlar üçün borclu olan yaradıcı insanlar əzab çəkmək şirinliyinin qədrini bilməli və bunu özünə şərəf hesab etməlidir. Rəssamlıq da belədir. Rəssamlıq əziyyətdir, ağrıdır, yükdür. Əziyyətli, ağrılı olduğu qədər də məsuliyyətlidir. Xalidə bunları gəzəl bilirdi. Bilirdi ki, bu ağrılar, əziyyətlər insanın içindən gəlir. İnsan daxilən əziyyət çəkir. Bu, bir ömürdür, bu bir həyat tərzidir. Qarşıda Xalidəni bax, beləcə əzablı, əziyyətli ağrılı, acılı bir həyat gözləyirdi. Bu onun ğz seçimi, öz istəyi və öz arzusu idi...

***
Axşamüstü, gün dağların arxasına çəkləndə Xalidə evlərinə qayıtdı. Bu gün özünü çox gözəl hiss edirdi. Və ona elə gəlirdi ki, dünynın ən gözəl və ən ətirli çiçəklərindən böyük bir çələng düzəldib ona bağışlamışdılar. Bu çələngin məstedici ətri qəlbini coşdurur, ruhunu riqqətə gətirir, elə bir əhval- ruhiyyə yaradırdı ki, sanki qol-qanad açıb göylərin ənginliklərinə qədər uçmaq istəyirdi.
O, həyət qapısına yxınlşanda arxadan səs gəldi:
-Koroğlu...
Qonşu Həcər nənə idi. Onlar Dərbənddən köçüb gəlmşdilər.Mahmudkənddə gəlmələr çox idi: kürdlər, əcəmilər, Qərbi Azərbaycandan - ermənistandn gələnlər...Onların çoxu dağlıq və dağətəyi ərazilərdə məskunlaşmışdı. Mahmudkəndə gələnlər isə yerli əhali ilə qaynyıb- qarışmışdılar.Yaşı səksəni haqlamış Həcər nənə isə çox diribaş, istiqanlı bir qadın idi. Ancaq o Xalidəni belə çağırardı.
-Salam, Həcər nənə, - dyə Xalidə onunla mehribanlıqla göüşdü.- Nə var, nə yox, necəsən?
-Sağ ol, ay qızım, sağ ol. Bir yaxına gəl görüm...
O, Xalidənin üzündən öpüb sonra əlini qaşlarının üstünə qoyub diqqətl baxdı.
-Nədi, ay nənə, niyə belə diqqətlə baxırsan?
-Deyirlər sən rəssam qız olmusan. Bilmək istəyirəm görüm, o nə mənə şeydir?
Xalidə hündürdən gülüb onu qucaqladı:
-Boş şeydir, ay nənə, mən elə sənin dediyin Koroğluyam, Koroğlu.
-Hə,hə, - deyə o, əlini- əlinə vurub ucadan güldü.- Əlbəttə., “rəssam qız”nədir? Sən elə Koroğlusan, Koroğlu. Yıxılı bir evin, elin-obanın dirəyisən.- Sonra bir qədər fikirləşib əlavə etdi. - Yaxşı, indi ki, camaat deyir, sən elə “ rəssam qız” da ol. Amma Koroğlu olduğunu heç zaman unutma. Bunu sənə Həcər nənən deyir ha...Həcər də Həcərdir...
Hər ikisi ürəkdən güldü. Bəlkə də indiyə qədər ikisi bir yerdə olanda belə ürəkdən gülməmişdilər.Axırda Həcər nənə dedi:
-İndi get, qızım, Allah səni həmişə xöşbəxt eləsin. Deyəsən qonaqlarınız da var, səs gəlirdi. Allah Məhəmməd müəllimin canın sağ eləsin. Bu camaatın, el-obanın üstündən əksik eləməsin. Əsil xalq adamıdır.
-Sağ ol, Həcər nənə.
-Siz sağ olun. Ay bala.Yenə bu adamlara bir xeyiriniz dəyir...
Xalidə həyət qapısını ehmalca açıb içəri girdi. Həmişəki kimi həyət səliqə- sahmanlı idi. Məhəmməd müəllim təmizliyi çox sevirdi.Bunu evdə hamı blirdi. O, hər dəfə kənd arasına çıxanda, yoldaşları ilə çayxanaya gedəndə təmiz, səliqəli geyinər, şalvarının ütüsü heç vaxt əskik olmazdı. Tanımyan adam olsa mütləq düşünərdi ki, bu hardansa uzaqlardan, böyük-böyük şəhərlərdən, lap elə Moskvanın özündən gəlib.
Xalidə içəri girəndə hamı sevindi. Otaqda xoş bir əhval-ruhiyə, xoş bir ovqat vardı.Üzlərdə sevinc, baxışlarda təbəssüm vardı. Şən gülüş səsləri otaqların divarlarına hopur, bəzən də əks-səda verərək açıq pəncərələrdən dalğa-dalğa ətrafa yayılırdı.
Xalidə böyük bacısı Həmidənin yanında oturub soruşdu:
-Bu şənlik nəyə görədir?
-Sənə.
-Mənə? - deyə Xalidə təəccüblə soruşdu. – Mənim nəyimə görə?
Həmidə gülə-gülə onu qucaqladı:
-Necə yəni nəyimə görə? O boyda kişilər rayonu basa-basa sənin görüşünə gəliblər....Sənə plakat sifariş verirlər...Qəzetlər haqqında yazacaq....
Xalidə diqqətlə bacısına baxdı:
-Elə buna görə? – dedi və sonra çiyinlərii çəkdi – Sən o boyda adlı-sanlı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmusan, Mən nə etmişəm?
-Sən nə etdiyini sonra bilərsən, - deyə Həmidə bacısına tərəf əyildi.- Atamın sənə bir sürprizi var. Amma heç kimə demir.Bircə onu deyir ki, kimsə bizə qonaq gələcək.
-Qonaq? – Xalidə ani fikrə getdi.Amma nə qədər fikirləşdisə qonağın kim olacağını ağlına gətirə bilmədi.
Məhəmməd müəllim gəlib qızının yanında oturdu. Onun alnından öpüb fərəhlə dedi:
-Sağ ol, qızım. Sən mənə ata sevincinin nə olduğunu dadızdırdın. Öz ağlın, aydın nitqin, zəkan, bacarəğənla nəinki məni göylərə qaldırdın, hətta qonqların da yaddaşında silinməz izlər buraxdın.Mənə xoş anlar yaşatdın. Mənə qürur vürdin, məni sevindirdin.
-Hər şey üçün sənə borcluyam, ata, - deyə Xalidə ayağa durdu.- Bu sənin də, anamın da birgə çəkdiyiniz zəhmətin bəhrəsidir. Biz sadəcə o zəhməti qiymətləndirməyə çalışdıq.
Elə bu vaxt həyət qapısının zəngi səsləndi. Hamı bir-birinin üzünə baxdı. Nadir ayağa durmaq istəyəndə Məhəmməd müəllim qoymadı:
-Sən otur, mənm özüm açaram. Bu sizə aid deyil. – Sonra Xalidənin üzünə baxıb gülümsədi, - Bu yalnız ikimizə aiddir. - dedi və gedə-gedə əlvə etdi. – Bəlkə də hamıya aiddir, görək də...
Gələn Rayon Xalq Maarlf Şöbəsinin maliyyə inspektoru, Məhəmməd müəllimin yaxın dostu Nurəddin müəllim idi. O, çox gülərüz və mehriban bir adam idi. Süfrə başında əyləşəndən sonra Məhəmməd müəllim dostunu ailə üzvləri ilə tanış etdi. Növbə Xalidəyə çatanda dedi :
-Günümüzün qəhrəmanı bax, bu qızdır- Xalidə Nağıyeva.
Xalidə özü də hiss etmədən ayağa durdu. Gülümsünüb azca baş əydi və sonra əlini irəli uzadıb dedi:
-Xalidə.
Onun gözlənlməz bu nəcib hərəkəti hamının xoşuna gəldi. Xanım qürurlandı. Qürur hissindənmi, ya analıq məhəbbətinin təsirindənmi qeyri-ixtiyarı əi çaldı. Hamı Xanıma qoşuldu. Ara sakitləşəndən sonra Nurəddin müəllim dedi:
-İndi biz sənə Xalidə deyək, yoxsa rəssam qız?
Xalidə fikirləşmədən dedi:
-Atamın dostu bizə yaxın adamdır. Sadəcə Xalidə deyə bilərsiniz.
Nurəddin müəllim gülümsündü:
-Düzdü, atanızla yxın dostam və bundan həmişə qürur duyuram. Amma bu gün mən bura atanızın dostu kimi yox. Rayon Xalq Maarif Şöbəsi rəhbərliyinin təlimatı ilə maliyyə inspektoru kimi gəlmişəm. Və mənim sizə verəcəyim bəzi şeylər var.
Hamının gözü maliyyə inspektoruna dikilmişdi. O.qovluğunu açıb bir paket, iki sənəd çıxardı. Məhəmməd müəllim dedi:
-Bəlkə bir stəkan çay içəsiniz sonra? Yeməklər də soyuyur.
-Nurəddin müəllim etiraz etdi:
-Mən indi iş başındayam. Əvvəl iş, sonra istirahət. –O, üzünü Xalidəyə tutub dedi. – Xahiş edirəm yaxın gəlin.
Xalidə heç nə başa düşməsə də ona yaxınlaşdı. Maliyyə inspektoru ayağa durdu. Hamının diqqəti onda idi. Məhəmməd müəllim də onun yanında dayanmışdı. Nurəddin müəllim heç bir giriş vermədən bir baş mətləbə keçdi:
-Rayon Xalq Maarif Şöbəsi Mahmudkənd kənd orta məktəbinin şagirdi, hamının rəssam qız kimi tanıdığı Xalidə Nağıyevaya “ Oxummaq, oxumaq və yenə də oxumaq” mövzusunda plakat sifariş vermişdi. Plakat hazlr olduqdan sonra Maarlf Şöbəsinin rəhbərliyində müzakirə olunmuş və yüksək qiymətləndirilmişdir. Buna görə də zəhməthaqqı olaraq rəssam Xalidə Nağıyevaya 450 manat pul ayrılmışdır. Və qərara alınmışdır ki, həmin məbləği mən burda təqdim edim. Onun rayon mərkəznə gəlməsi məsləhət bilinməmişdir. Bu, şöbə rəhbərliyinin rəssam qıza olan hörmətinin ifadəsidir.
O, sonra Xalidəyə mürciətlə dedi:
-Xahiş edirəm irəli gəlib bu sənədə qol çəkin.- Şəhadət barmağı ilə həmin yeri göstərdi.
Xalidə tərpənmədi. O, həyəcanındən nə edəcəyini bilmirdi. Dərindən nəfəs alır,köks ötürürdü.Həyatında ilk dəfə idi ki, çəkdiyi zəhmətə belə yüksək qiymət verirdilər. Elə bil bədəninə istilik yayılmışdır.Alnında xırda-xırda tər damlaları gilələnmişdi. Hamının diqqəti onda olduğundan daha da utanırdı.Qeyri- ixtiyari başını aşağı salıb dayanmışdı.
-Sənə nə oldu, qızım?
Atasının mehriban səsi onu düşüncələrindən ayırdı. Və yalnız indi özünü toplayıb astadan dedi:
-Axı, mən o plakatı təmənnasız çəkmişdim?
-Hə,hə, sənin o fikrin də orda səsləndi, - deyə maliyyə inspektoru nəyisə xatırlayırmış kimi dilləndi. – Amma sənin Bakıya təhsil almağa gedəcəyini nəzərə alıb xeyriyyəçilik təklifini qəbul etmədilər. Odur ki, xahiş edirəm sənədə qol çəkib zəhməthaqqlni alasan.
Xalidə atasının üzünə baxdı. Məhəmməd müıllim dedi:
-Qol çək, qızım, bu sənin ilk halal zəhmət haqqındir. Sağ olsun dövlətimizi.
Nurəddin müəllim dedi:
-Qol çək pulu al, hələ mənm sənə bir sürprizim də var.
Xalidə təəccüblə:
-Yenə sürpriz?
-Bəli, bəli, qol çək.
Sevincindənmi, ya nədənsə əlləri əsirdi. Sanki qələmi necə tutacağını bilmirdi. Sanki hər şey yadından çıxmışdı və indi necə qol çəkəcəyini də unutmuşdu. Adını oxuyur: Nağıyeva Xalidə Məhəmməd qızı – 450 manat. Adını oxuduqca hərflər gpzləri önündən qaçır, sanki rəqəmlərlə birlikdə rəqs edirdilər. İçindəki həyəcanın təsirindən gözləri yaşarmışdı. Nəhayət, qələmi barmaqları arasında güclə sıxıb adının qarşısına – maliyyə inspektorunun dediyi və göstərdiyi yerə qol çəkdi. Və sonra dərindən nəfəs alıb atasının üzünə baxdı.
Məhəmməd müəllim dedi:
-Sağ ol, qızım. – Ürəkdən təbrik edirəm. Qoy sənin bu ilk uğurun həmişə sənə ruzi – bərəkət, bolluq, sevinc,xöşbaxtlik gətirsin. Allah səni həmişə öz arzuna, niyyətinə çatdırsın.


Ardı var...



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.