azerbaycanxeberleritv.az » Manşet » Yolda qalan sürücünün köməyinə polis əməkdaşları çatdı - VİDEO
Manşet / Cəmiyyət / 25-10-2024, 10:53

Yolda qalan sürücünün köməyinə polis əməkdaşları çatdı - VİDEO

 Avtomobildə yaranan texniki nasazlıq səbəbindən yolda qalan sürücünün köməyinə YPX əməkdaşları çatıb.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun 23-cü kilometrliyində, Bakı istiqamətindən hərəkətdə olan “Ford Transit” markalı yük avtomobilinin arxa təkərində yaranan problemlə əlaqədar sürücü məcburi dayanma edib. Dislokasiya üzrə xidmət aparan Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları faktı aşkar edərək köməksiz qalan sürücüyə yaxınlaşıb.



Təmir işlərinin təhlükəsiz şəraitdə aparmasını təmin edən YPX əməkdaşları, həm də bu işdə sürücüyə yardım göstəriblər. Nasazlığı aradan qaldıran sürücü hərəkətinə davam edib.




AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.