azerbaycanxeberleritv.az » Manşet » Əlil arabasını vurub ölümə səbəb olan sürücü SAXLANILDI
Manşet / Hadisə / 8-07-2023, 14:15

Əlil arabasını vurub ölümə səbəb olan sürücü SAXLANILDI

 

Bərdədə ağır yol qəzası törətmiş sürücü tutulub.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə iyulun 6-sı saat 22 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonundan keçən hissəsində baş verib.

1987-ci il təvəllüdlü Sadiq Sadıqov “VAZ-2107” markalı avtomobillə əlil arabası ilə hərəkətdə olan 1951-ci il təvəllüdlü Yevlax rayon sakini, I qrup əlil Hüseyn Əsgərovu vurub. Nəticədə H.Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü keçirilmiş tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bəzi məlumatlarda əlil arabasının “Kamaz” markalı yük maşını tərəfindən vurulduğu bildirilird


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.