azerbaycanxeberleritv.az » Manşet » Sığorta hadisəsi zamanı həkim sirrini təşkil edən məlumat verilə biləcək
Manşet / Cəmiyyət / Səhiyyə / 29-11-2024, 12:29

Sığorta hadisəsi zamanı həkim sirrini təşkil edən məlumat verilə biləcək

Sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcək.

"Azerbaycanxeberleritv.az. az" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qanuna dəyişiklik icbari tibbi sığortanın təmin edilməsi məqsədilə edilir. 

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.