azerbaycanxeberleritv.az » Manşet » Çupo-Motinq ABŞ klubuna transfer oldu
Manşet / İdman / 29-11-2024, 12:36

Çupo-Motinq ABŞ klubuna transfer oldu

 Ötən mövsümün sonunda Almaniyanın “Bavariya” komandasından ayrılan Erik Maksim Çupo-Motinqin yeni klubu məlum olub.


"Azerbaycanxeberleritv.az." xəbər verir ki, 35 yaşlı futbolçu ABŞ təmsilçisi "Nyu-York Red Bullz"a keçib. Tibbi müayinədən uğurla keçən hücumçu ilə 2 illik müqavilə imzalanacaq.


Kamerun millisinin üzvü ötən mövsüm Münxen klubunun heyətində ümumilikdə 34 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.