azerbaycanxeberleritv.az » Manşet » Əhalinin dərman vasitələri üzrə xərcləri minimuma endiriləcək
Manşet / Səhiyyə / 29-11-2024, 12:49

Əhalinin dərman vasitələri üzrə xərcləri minimuma endiriləcək

 Əhalinin dərman vasitələri üzrə xərcləri minimuma endiriləcək.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.



Qeyd edilib ki, dəyişikliklər əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaradacaq.


Layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi, həmçinin əhalinin dərman vasitələrini qiymət dəyişmələrinə qarşı həssaslığının və dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə bir sıra mühüm və mütərəqqi addımların atılması nəzərdə tutulub. Qeyd olunub ki, qanun layihəsinin qəbulu icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətlərin göstərilməsini təmin edəcəkdir. 


Bundan başqa layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri (yeni 15-15.3-1-ci maddə), icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb. 


Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq III oxunuşda qəbul edilib. 


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.