azerbaycanxeberleritv.az » Manşet » Millimizin futbolçusu iki oyunluq cəzalandı
Manşet / İdman / 3-12-2024, 18:00

Millimizin futbolçusu iki oyunluq cəzalandı

 UEFA Azərbaycan millisinin futbolçusu Peritan Bozdağı iki oyunluq cəzalandırıb.


"Azərbaycanxeberleritv. az"ın məlumatına görə, buna 25 yaşlı hücumçunun Portuqaliyaya səfərdə uduzduqları (0:4) Avropa çempionatının pley-off mərhələsinin cavab matçında birbaşa qırmızı vərəqə alması səbəb olub.



Avropa futbol qurumu forvardın hərəkətini "ciddi kobud oyun" kimi qiymətləndirib.


P. Bozdağ UEFA bayrağı altında keçirilən növbəti iki matçda yığmaya kömək edə bilməyəcək.


Qeyd edək ki, Azərbaycan millisi Bakıda keçirilən ilk oyunda Portuqaliyaya 1:4 hesabı ilə məğlub olmuşdu.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.