azerbaycanxeberleritv.az » Manşet » Arvadını 12 milyona sığortaladıb, daha sonra onu dənizə atdı
Manşet / Sosial / 5-12-2024, 16:33

Arvadını 12 milyona sığortaladıb, daha sonra onu dənizə atdı

 Çin sakini təzminat almaq üçün arvadını külli miqdarda sığortalayıb və daha sonra onu öldürüb.


"Azərbaycanxeberleritv. az" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2021-ci ildə baş verib. 



Belə ki, həmin ildə 47 yaşlı Li həyat yoldaşı ilə birlikdə bərə səfərinə çıxıb. Gəzinti zaman kişi arvadını dənizə itələyib və qadın ölüb. Polis qadının meyitini aşkar etdikdən sonra tibbi ekspertizaya göndərib. Məlum olub ki, qadın dənizə kimsə tərəfindən itələnib. Polis ilkin olaraq onun ərindən şübhələnib və onu saxlayıb. Li polisin iddialarını təkzib edib. 


Kişi yoldaşını meyitini aldıqdan sonra onun adına olan təzminatı tələb edib. Onun bu addımı polisi daha da şübhələndirib. 


Çox keçmədən gerçək ortaya çıxıb. 47 yaşlı Li qadınla iki ay öncə tanış olub. Dul qadınla evlənən Li onun həyatını sığortaladıb. Bildirilir ki, qadının başına bədbəxt hadisə gələcəyi təqdirdə kompensasiya onun ərinə yəni Liyə veriləcək. 


Li də bu arzusunu reallaşdırıb. Arvadını dəfn etdikdən sonra sığortadan 12 milyon yuanı (2 805 600 AZN) tələb edib. Lakin pulu əldə etməmiş kişi polis tərəfindən yenidən saxlanılıb. Belə ki, bərədəki müşahidə kameralarına baxan polis Linin arvadını itələdiyi anın kadrını əldə edib. Zaman ərzində kişi bir neçə dəfə məhkəmə qarşısına çıxarılıb. O hadisəni törətmədiyini iddia edib.  


Qeyd olunur ki, Li haqqında edam hökmü 2023-cü ilin dekabrında çıxarılıb, lakin onun icra edilib-edilmədiyi bəlli deyil.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.