azerbaycanxeberleritv.az » Manşet » İlham Əliyev Monqolustan prezidentini təbrik etdi
Manşet / Siyasət / 11-07-2023, 02:29

İlham Əliyev Monqolustan prezidentini təbrik etdi

 

Prezident İlham Əliyev Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxa təbrik məktubu ünvanlayıb.

Azerbaycanxeberleritv.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Monqolustanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunması, əməkdaşlığımızın keyfiyyətcə yeni mərhələyə yüksəlməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.