azerbaycanxeberleritv.az » Manşet » Bakıya qarşı təbliğat aparan iranlı Ciddədə saxlanıldı
Manşet / Gündəm / Dünya / 11-07-2023, 02:51

Bakıya qarşı təbliğat aparan iranlı Ciddədə saxlanıldı

 

İran mediası və televiziya kanallarında Azərbaycan Respublikasına qarşı çıxışları ilə tanınan Əliəkbər Raefipur Səudi Ərəbistanda saxlanılıb.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani açıqlama verib.

“Hökumət spikeri Əliəkbər Raefipur Səudiyyə Ərəbistanına Həcc ziyarəti üçün getsə də, İrana qayıdarkən bizə məlum olmayan səbəblərə görə Ciddə hava limanında çıxış problemi ilə üzləşib”, - XİN sözçüsü bildirib.

Qeyd edək ki, Raefipur İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan Respublikasına qarşı davamlı çıxışları ilə tanınır. O, İranın Ermənistana hərbi dəstək verməsi, Zəngəzur dəhlizinin açılmaması üçün oraya hərbi qüvvə göndərilməsində israr edən antiazərbaycan siyasətinin əsas media təbliğatçısıdır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.