azerbaycanxeberleritv.az » Manşet » Ermənistan “artsax” sözündən imtina etdi
Manşet / Siyasət / Dünya / 11-07-2023, 03:43

Ermənistan “artsax” sözündən imtina etdi

 

Ermənistanın İctimai Televiziyası artıq “artsax” sözündən imtina edib, əvəzində “Dağlıq Qrabağ” ifadəsini işlədir.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinə yerləşdirilən rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün “ombudsman”ı Geqam Stepanyan deyib.

O bildirib ki, “artsax xalqı” əlbəttə ki, “Dağlıq Qarabağ” ifadəsindən əl çəkməyib:

“Bununla belə, Ermənistanın İctimai Televiziyası uzun müddətdir ki, “respublika” sözünü də işlətmir, lakin indi təəccüblüdür ki, o, “artsax”ı “Dağlıq Qarabağ”la əvəzləyib. Ancaq “Azadlıq” radiosu və “Sputnik Ermənistan” (Rusiya media şəbəkəsi – red.) "artsax" adından istifadə edir”.

Qeyd edək ki, Ermənistan İctimai Televiziyası “artsax” və “respublika” sözlərindən bu ayın əvvəlində imtina edib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.