azerbaycanxeberleritv.az » Manşet » Paşinyan daha bir məmuru vəzifəsindən azad etdi
Manşet / Siyasət / 5-08-2023, 15:52

Paşinyan daha bir məmuru vəzifəsindən azad etdi

 

Ermənistanın Penitensiar Xidmətin rəisi Sergey Atovyan tutduğu vəzifəsindən azad edilib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, S.Atovyan 2019-2021-ci illərdə Ermənistan parlamentinin deputatı olub. Daha əvvəl isə o, qısa müddətə Ararat vilayəti qubernatorunun müavini vəzifəsində çalışıb.

Atovyan Ermənistan Baş nazirinin 15 sentyabr 2021-ci il tarixli qərarı ilə ölkənin Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.