azerbaycanxeberleritv.az » Manşet » Ağdam yolunun üzərinə tikanlı məftillər qoyuldu
Manşet / Siyasət / 30-08-2023, 10:59

Ağdam yolunun üzərinə tikanlı məftillər qoyuldu

 

Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyublar.

Azerbaycanxeberleritv.az Report-a istinadən xəbər verir ki, hazırda içərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.