azerbaycanxeberleritv.az » Manşet » İradə Həsənzadə son hökmünü oxudu
Manşet / Cəmiyyət / 30-08-2023, 11:11

İradə Həsənzadə son hökmünü oxudu

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə təqaüdə göndərilib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, yaş həddi ilə bağlı onun hakimlik səlahiyyəti müddəti başa çatıb.

Belə ki, İ.Həsənzadə hakim icraatında olan sonuncu cinayət işi üzrə hökmü oxuyub.

Qeyd edək ki, İradə Həsənzadə hakimlik fəaliyyətinə 2000-ci ildə başlayıb. O, 2000-2007-ci illərdə Xətai Rayon Məhkəməsinin sədri, 2007-2008-ci illərdə Nizami Rayon Məhkəməsinin hakimi, 2008-2010-cu illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub.

2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.