Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qardaşı oğlu vəfat edib. "Azərbaycanxeberleritv.az" xəbər verir ki, 1975-ci il təvəllüdlü Ayturan Alimurad oğlu Əliyev uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Məlumatı mərhumun qardaşı Hürrü Əliyev də təsdiq edib. O bildirib ki, Ayturan Əliyev ağ ciyər xərçəngindən əziyyət çəkib.