azerbaycanxeberleritv.az » Manşet » Separatçı general evində partladıldı
Manşet / Siyasət / 5-09-2023, 12:46

Separatçı general evində partladıldı

 

Donbas separatçılarının generalı Yuri Afanasyevskiyə sui-qəsd edilib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, partlayış generalın evində baş verib. Baş, boyun və sinəsindən yaralanan general ağır vəziyyətdə reanimasiyadadır.

Partlayışın Ukrayna kəşfiyyatı tərəfindən törədildiyi ehtimal olunur.

Qeyd edək ki, Afanasyevski Rusiya FTX-sinin general-mayoru və casusu qondarma “lxr”in rəhbəri Leonid Paseçnikin “maliyyəçi”si hesab olunur.

Afanasyevski Ukraynaya qarşı vuruşan silahlı qruplaşmaları maliyyələşdirmək üçün pulların yuyulmasında iştirak edib. General AB, Böyük Britaniya, Kanada, İsveçrə, Yaponiyanın sanksiyaları altındadır.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.