azerbaycanxeberleritv.az » Manşet » Davada xəsarət alan hərbiçi xəstəxanada dünyasın dəyişdi.
Manşet / Hadisə / 7-09-2023, 11:39

Davada xəsarət alan hərbiçi xəstəxanada dünyasın dəyişdi.

 Bir neçə gün əvvəl Ağstafa rayonun Saloğlu qəsəbəsində baş vermiş dava zamanı xəsarət alan,Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu əsgər Əlizadə Orxan İlham oğlu vəfat edib.

Məlumata görə başındam aldığı ağır xəsarətlərlə tibb müəssəsinə yerləşdirilən hərbiçi ötən gün dünyasını dəyişib.

Qeyd edək ki O.Əlizadənin dostu sürdüyü avtomobillə Saloğlu qəsəbə sakini Bukavadze Baloğlan Abdul oğlunun idarə etdiyi maşının bir birinə yol verməməsi səbəbindən baş verib.Belə ki,yolun ensiz olması səbəbindən Ağstafa rayon Düzqışlaq kənd sakini Şamxal Həmidov Baloğlan Bukavadze ilə mübahisə edib.

Mübahisə zamanı B.Bukavadze Şamxalın avtomobilində sərnişin olan və mübahisəyə müdaxilə edən Orxana zərbə endirib.

O.Əlizadə yerə yıxılarkən başı qaz borusuna dəyib.

Faktla bağlı cinayət işi açılıb,araşdırmalar davam etdirilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.