azerbaycanxeberleritv.az » Manşet » Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Manşet / Hadisə / 9-09-2023, 10:27

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

 

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Azerbaycanxeberleritv.az  bildirilib ki, bu gün saat 18 radələrində Göyçay rayonunun Kürdəmiş kənd sakini, 1967-ci il təvəllüdlü Yusifov Şahsən Şahlar oğlunun baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya daxil olması, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ş.Yusifova əllə xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Novruz Mahmudov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.