azerbaycanxeberleritv.az » Manşet » Separatçılar Ağdam-Xankəndi yolu üzərindən yükü qəbul edəcək
Manşet / Dünya / 10-09-2023, 13:30

Separatçılar Ağdam-Xankəndi yolu üzərindən yükü qəbul edəcək

 

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılar Ağdam-Xankəndi yolu üzərindən humanitar yükü qəbul edəcək.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə qondarma rejimin "mətbuat xidməti" məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Eyni zamanda, Rusiya da eyni yolla keçən marşrutla Qarabağa humanitar yardım göndərib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.