azerbaycanxeberleritv.az » Manşet » Baxmut atəş nəzarətimiz altında qalacaq... - Kalaşnikov
Manşet / Dünya / 10-09-2023, 12:41

Baxmut atəş nəzarətimiz altında qalacaq... - Kalaşnikov

 

Rusiya Baxmut istiqamətində kiçik qruplarla hücumlar etsə də, uğursuz alınır.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 29-cı artilleriya briqadasının mətbuat katibi Oleq Kalaşnikov deyib.

“Əgər Berxovka və Kleşevkadakı yüksəkliklər götürülsə, Baxmut tamamilə atəş nəzarətimiz altında qalacaq və düşmənin şəhərdə hər hansı manevr etmək imkanları çətin olacaq. Rusiya həm də orada qalan qarnizonunu tam təmin edə bilməyəcək”, - Kalaşnikov bildirib.

Onunu sözlərinə görə, Kleşevka azad ediləcəyi təqdirdə Ukrayna ordusu Baxmut yaxınlığında rusların cənub cinahının müdafiəsini məhv etməyə başlayacaq.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.