azerbaycanxeberleritv.az » Manşet » Azərbaycan təlim keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir”
Manşet / Siyasət / 10-09-2023, 13:22

Azərbaycan təlim keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir”

Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq çərçivəsində əvvəlcədən planlaşdırılmış hərbi təlimlər keçirir”. 

“Azərbaycanxeberleritv.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters” agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, adi planlaşdırma prosesinin bir hissəsidir: “Ermənistan isə sərhəddə qoşunlarını cəmləşdirir və yeni silah-sursat sistemləri alır.

Qarabağdakı etnik erməni qüvvələri də öz kazarmalarından çıxaraq cəbhə xəttindəki mövqelərə yerləşdirilib.

Bizim strategiyamız Azərbaycana qarşı istənilən silahlı və ya qeyri-qanuni hərbi fəaliyyətlərin və yaxud təxribatların qarşısını almaqdan ibarətdir”.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.