azerbaycanxeberleritv.az » Manşet » Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi
Manşet / Gündəm / Səhiyyə / 12-09-2023, 10:54

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, xəstəxananın direktoru vəzifəsi Təranə Məmmədovaya həvalə olunub.

Ads by 
2
Reklamınızı SmartBee ilə effektiv edin.


TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Təranə Məmmədovanı kollektivə təqdim edib.

Qeyd edək ki, T.Məmmədova 1975-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. O, 1982-ci ildə Rusiya Federasiyasının Novqorod şəhərindəki doğum evində anestezioloq-reanimatoloq, 1982-1985-ci illərdə həmin şəhərdə qadın məsləhətxanasında terapevt, 1998-2007-ci illərdə isə Bakı şəhəri 16 saylı Şəhər Poliklinikasında baş həkimin müavini, 2012-2021-ci illərdə Bakı şəhəri 37 saylı Şəhər Poliklinikasında baş həkim kimi fəaliyyət göstərib.
T.Məmmədova 2021-ci ildən hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkimi vəzifəsində çalışıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.