Bu ölkədə əsrin fəlakəti yaşanır: Minlərlə ölü var - VİDEO
Liviyada böyük sel fəlakəti baş verib.
Azerbaycanxeberleritv.az xəbər verir ki, Liviyanın şərqindəki hökumətin baş naziri Usamə Hammad bildirib ki, Derna şəhərində daşqın nəticəsində ölənlərin sayı 2 mini keçib.Minlərlə insanın itkin düşdüyü bildirilir. Sel minlərlə tikilini sıradan çıxarıb.
Seldən sonra internetdə problem yarandığına görə, insanlarla əlaqə kəsilmişdi. Lakin hökumətin çağırışından sonra şirkətlər hərəkətə keçərək, interneti bərpa edib.