azerbaycanxeberleritv.az » Manşet » Bu gün Azərbaycanda Bilik günüdür
Manşet / Elm-təhsil / 15-09-2023, 11:12

Bu gün Azərbaycanda Bilik günüdür

 

 Bu gün Azərbaycanda Bilik günü qeyd olunur.

Sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.

2023/2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.

Eyni zamanda, 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Bundan başqa, 114 484 uşaq məktəbəqədər təhsil müəssisəsinə (uşaq bağçası) gedəcək.

Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 481 131 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Yeni tədris ilinin daha bir yeniliyi bütün məktəblərdə vahid məktəbli formasının tətbiqidir.

Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.

Bundan başqa  Sabunçu  rayon Kürdəxanı qəsəbəsi  Yeni Qaçqınlar şəhərciyində yerləşən Ağdam rayon 39 saylı tam orta məktəbində  də  yeni tədris ilində ilk zəng çalındı.

1-ci sinif şagirdləri həyacanla sevinclə siniflərinə daxil oldular.

İlk öncə Azərbaycan Respublikasının dövlət himnin səsləndirdilər.

Daha sonra 1-ci siniflərin sinif rəhbəri Allahverdiyeva Səadət  Səyyaf qızı şagirdlərini təbrik etdi.

Məktəbin direktoru Kənan Məmmədov şagirdləri təbrik etdi.Şagirdlərə vətəninə millətinə laiqli övlad olmağı və  ali məktəblərə qəbul olmağlarıı arzu etdi.


https://youtu.be/um2NAiayipM?feature=shared


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.