azerbaycanxeberleritv.az » Manşet » İsmayıllıda Ötəri bəyin ötəri olmayan açıqlamaları hər kəsi şoka salır
Manşet / Gündəm / 16-09-2023, 11:41

İsmayıllıda Ötəri bəyin ötəri olmayan açıqlamaları hər kəsi şoka salır

 

Çox yaxın günlərdə 9 saylı “Yol-İstismar” MMC-də baş mühasib vəzifəsini Ötər bəyin, heç də ötəri olmayan səsyazılarının bir çox gizlinlərini hər kəsin diqqətinə çatdırmağa çalışacağıq 
Son vaxtlar əksər media qurumlarında Ismayıllı Rayon 9 saylı “Yol-İstismar” MMC-nin direktoru Rəşad Kərimovun qol qoyduğu əməllər geniş ictimaiyyətin müzakirə etdiyi mövzularından birinə çevrilsə də, deyəsən günlər, həftələr, aylar ötdükcə adı çəkilən bu dövlət qurumunda baş mühasib vəzifəsini daşıyan Ötər adlı şəxsin ortaya qoyduğu yanaşmalar isə, məhz əsas müzakirə mövzularından birinə çevriləcək. Yəni, 9 saylı “Yol-İstismar” MMC-də baş mühasib vəzifəsini, eyni zamanda Ötər adını daşıyan bu şəxsin danışıqlarına heç də ötəri baxmaq lazım deyil. Çünki adı Ötər, amma danışdıqları heç də ötəri olmayan bu şəxsə hansısa sualı verib cavab əldə etmək istəyirsən, o halda o, “Mənim təqaüdə getməyimə cəmi bir ay vaxt qalıb, tüpürüm bunların idarəsinə də, özlərinə də” deyə cavab verir. Düzdür, bu şəxsin nədən belə bir formada fikir səsləndirməsi haqda dəqiq məlumata malik olmasaq da, ümumi düşüncələrimiz onu söyləməyə əsas verir ki, cənabi Ötər bəy “Tüpürüm bunların idarəsinə də, özlərinə də” dedikdə, yəqin ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yuxarıdan aşağıya qədər olan bütün vəzifə sahiblərini nəzərdə tutur. O halda sual oluna bilər ki, görəsən bu Ötər bəyin ötəri olmayan danışıqlara yol verməsinin kökündə nələr durur? Deməli, ötən illər ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 saylı “Yol-İstismar” MMC-də baş mühasib vəzifəsini daşıyan Ötər bəy, bu yöndə fikirlərini ifadə edərkən heç də ötəri danışıqlara deyil, məhz konkret nəzərdə tutduğu vəzifə sahiblərini hədəf seçir. Ola bilər ki, o, Agentliyin İdarə Heyyətinin sədri cənab Saleh Məmmədovu da hədəf seçir.

     Məsələnin daha düşündürücü tərəfi ondan da ibarətdir ki, bu gün 9 saylı “Yol-İstismar” MMC-də digər dövlət qurumlarından fərqli formada idarəçilik həyata keçirilməkdədir. Məsələn, Ötər bəy qalsın bir yana, bu MMC-nin direktoru Rəşad Kərimova da zəng edib hansısa məsələ haqda münasibətini öyrənmək istəyirsən, o halda o, “Qonaqlarım var, onları yola salıram” deməklə, müyəyyən burcutmalara yol verir. O halda sual oluna bilər ki, görəsən bu Rəşad Kərimov idarə rəsidir, yoxsa qonaq-qara qəbul edib yola salan vəzifə sahibidir?
Bizi izləməyi  unutmayın 

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.