azerbaycanxeberleritv.az » Manşet » Azərbaycanda “TikTok” yenidən bağlandı - Rəsmi - Yenilənib
Manşet / Gündəm / 19-09-2023, 16:50

Azərbaycanda “TikTok” yenidən bağlandı - Rəsmi - Yenilənib

 

Azərbaycanda “TikTok”​ sosial şəbəkəsinin fəaliyyəti məhdudlaşdırılıb.

“Azerbaycanxeberleritv.az” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Belə ki, hazırda “TikTok”da səhifələri yeniləmək, canlı yayım açmaq və paylaşım etmək mümkün deyil.

“TikTok” sosial şəbəkəsinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hələlik rəsmi qurumlardan hər hansı açıqlama verilməyib.

***

Bu gündən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qurum vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.