azerbaycanxeberleritv.az » Manşet » Ceyhun Bayramov İtaliya XİN başçısı ilə görüşdü
Manşet / Siyasət / 19-09-2023, 19:22

Ceyhun Bayramov İtaliya XİN başçısı ilə görüşdü

 

İtaliyanın xarici işlər naziri Antonio Tacani Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

“Azerbaycanxeberleritv.az” xəbər verir ki, bu barədə İtaliyanın XİN rəhbəri “X” hesabında bildirib.

“Davam edən gərginlik fonunda Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşmək istədim. Qarabağda diplomatik həll yolu tapmaq üçün dialoq və təmkinin zəruriliyini vurğuladım. Azərbaycan bizim vacib tərəfdaşımızdır. Biz insan alverinə qarşı da birgə işləyirik”, - deyə İtaliya XİN başçısı bildirib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.