azerbaycanxeberleritv.az » Manşet » İsrail Qəzzaya 24 saat vaxt verdi: Təcili çıxın!
Manşet / Dünya / 14-10-2023, 10:42

İsrail Qəzzaya 24 saat vaxt verdi: Təcili çıxın!

 

İsrail hərbçiləri BMT-yə xəbərdarlıq edib ki, Qəzza zolağının şimal hissəsinin 1,1 milyon sakini 24 saat ərzində evlərini tərk etməlidir.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi Stefan Düjarrik məlumat verib.

Onun sözlərinə görə, təşkilat xəbərdarlıq mesajını gecə yarısından bir az əvvəl alıb.

Düjarrik bildirib ki, BMT İsraili mövcud vəziyyəti fəlakətə çevirməmək üçün əmrini ləğv etməyə çağırır:

“BMT belə bir köçürmənin baş verməsini qeyri-mümkün hesab edir”.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.