azerbaycanxeberleritv.az » Manşet » Bakıda ərindən qaçan qadın və övladını maşın vurdu, uşaq həlak oldu - YENİLƏNİB + DƏHŞƏTLİ VİDEO
Manşet / Hadisə / 25-06-2023, 18:04

Bakıda ərindən qaçan qadın və övladını maşın vurdu, uşaq həlak oldu - YENİLƏNİB + DƏHŞƏTLİ VİDEO

 

Bakı şəhərində atanın həyat yoldaşı və övladını təqib edərkən avtomobilin vurduğu uşaq həlak olub.

Oxu.Az-ın məlumatına görə, görüntülərdə vurulan uşaq Balaxanı qəsəbə sakini, 2017-ci il təvəllüdlü Nurcan Hümmət qızı İsmayılova olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qəzadan əvvəl baş verən insidentlə bağlı əlavə araşdırmalar aparılır.

17:46

Bakı şəhərində ana və övladını maşın vurub.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsində kişi qadını təpikləyib. Kişidən qaçan ana və uşağı maşın vurub.

Qeyd edilib ki, qadını döyən həyat yoldaşıdır.

Görüntüləri təqdim edirik:

 

İlhamə Əbülfət


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.