azerbaycanxeberleritv.az » Manşet » Bakıda yeddi marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Manşet / Gündəm / 25-06-2023, 18:11

Bakıda yeddi marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

 

Bakıda 4, 6, 10, 31, 77, 85, 88 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, bu gün saat 23:00-dan iyunun 27-si saat 20:00-dək Bakı şəhəri, Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissə) və iyunun 26-sı saat 23:00-dan iyunun 27-si saat 06:00-dək Azadlıq prospektində (Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsindən İzzət Həmidov küçəsinə qədər olan hissə) yolun hərəkət hissəsində təmir-tikinti işləri aparılacaq və yolda hərəkət tam məhdudlaşdırılacaq.

Tətbiq edilən məhdudiyyətə uyğun olaraq sözügedən müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti alternativ küçələrdən təşkil ediləcək.

Bizimlə əlaqə saxlayın


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.