azerbaycanxeberleritv.az » Manşet » ŞOK! Məmurun meyiti oteldə tapıldı - FOTO
Manşet / Gündəm / Hadisə / Dünya / 16-10-2023, 12:32

ŞOK! Məmurun meyiti oteldə tapıldı - FOTO

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisi İstanbulda qaldığı oteldə ölü tapılıb.

"Azərbaycanxeberleritv.az" xəbər verir ki,İstanbul Polis İdarəsindən verilən açıqlamaya görə, Rusiya rəsmiləri heç bir xəbər ala bilməyən rus zabitin qaldığı otelə gediblər.

Rus bürokrat Nikolay K. ehtiyat açarla daxil edilən otel otağında ölü tapılıb.

Polis xəbərdar edilərək otelə gedib və rus zabitinin cəsədini yarılma üçün Məhkəmə Tibb İnstitutunun meyitxanasına aparıb.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyində bir qurumun baş direktoru olan bürokratın görüş üçün İstanbulda olduğu öyrənilib.
Hadisə ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.