Ukrayna müharibənin 647-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 331 110 hərbçi, 5 571 ədəd tank, 10 385 ədəd zirehli döyüş maşını, 7 941 ədəd artilleriya sistemi, 913 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 602 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 410 ədəd avtomobil texnikası, 5 994 ədəd PUA, 1 568 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 138 xüsusi avadanlıq itirib.