azerbaycanxeberleritv.az » Manşet » Rusiyanı dəstəkləyən balerina vətəndaşlıqdan çıxarıldı
Manşet / Gündəm / Dünya / 8-03-2024, 10:03

Rusiyanı dəstəkləyən balerina vətəndaşlıqdan çıxarıldı

 

Litva Prezidenti Gitanas Nauseda Rusiyanı dəstəkləyən açıqlamalarına görə balerina İlze Liepanı vətəndaşlıqdan məhrum edib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat attaşesi Raydas Yasulenis məlumat verib.

Onun sözlərinə görə, Nauseda Vətəndaşlıq məsələləri üzrə komissiyasının tövsiyəsi ilə razılaşıb və onu “Litva və onun müttəfiqlərinin təhlükəsizliyinə təhlükə yaradan dövləti dəstəklədiyinə görə” Litva vətəndaşlığından məhrum edib.

Qeyd edək ki, ötən ilin noyabrında Liepa vətəndaşlıqdan məhrum edilmək təhlükəsinə baxmayaraq, Rusiya ilə bağlı mövqeyini dəyişə bilməyəcəyini bəyan etmişdi.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.