Ukrayna-Polşa sərhədinin bağlanması ilə bağlı problem bir neçə həftə ərzində həll oluna bilər.
Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri Polşa Seyminin Xarici Əlaqələr Komitəsinin rəhbəri Pavel Kovala istinadən məlumat yayıb.
"Fermerlərin sərhədi bağlaması ilə bağlı problem bir neçə həftəyə həll olunacaq. Həm Polşa hökuməti, həm də Ukrayna hökuməti ümumi rəyə gəlməli, Ukrayna mallarını sata bilməsi üçün həll yolu tapmalı, eyni zamanda Polşa öz istehsalının bir neçə sektorunu qorumalıdır", - məlumatda qeyd olunub.