azerbaycanxeberleritv.az » Manşet » Polşa 50-dən çox ölkədəki səfirini dəyişir
Manşet / Dünya / 14-03-2024, 15:08

Polşa 50-dən çox ölkədəki səfirini dəyişir

 

Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədəki səfirləri dəyişdirmək qərarına gəlib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Polşa XİN-in məlumatında deyilir.

“Xarici işlər naziri Radoslav Sikorski 50-dən çox səfirin missiyasını dayandırmaq və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədi geri çağırmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, kadr dəyişiklikləri ölkənin baş naziri tərəfindən təsdiqlənib və diplomatların geri çağırılması prosedurlarına başlanılıb.

Qeyd edək ki, R.Sikorski 2023-cü ilin payızından XİN-ə rəhbərlik edir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.