azerbaycanxeberleritv.az » Manşet » ABŞ bu ölkəyə Rusiyanı vura biləcək raketlər verir
Manşet / Dünya / 14-03-2024, 15:30

ABŞ bu ölkəyə Rusiyanı vura biləcək raketlər verir

 

Polşa ABŞ-dan potensial olaraq Rusiyadakı hədəflərə çata biləcək JASSM “yer-hava” raketləri alacaq.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bunu “Gazeta.pl” portalına müsahibəsində Polşa Silahlı Qüvvələrinin keçmiş komandanı, general Miroslav Rujanski deyib.

“Laskedə yerləşdirilmiş və JASSM raketləri ilə təchiz edilmiş təyyarələrimiz Visla çayına qədər uça və Belarus və Rusiyadakı hədəfləri məhv edə bilər. Söhbət Kalininqrad vilayəti, eləcə də Rusiyanın digər regionlarından gedir”, - deyə general bildirib.

Qeyd edək ki, iki gün öncə ABŞ Polşaya 3,7 milyard dollarlıq raket satışına razılaşıb.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.