azerbaycanxeberleritv.az » Manşet » Abdullahian: İrana zərbəyə ABŞ yaşıl işıq yandırıb 12 Punto 14 Punto 16 Punto
Manşet / Dünya / Müharibə / 9-04-2024, 13:16

Abdullahian: İrana zərbəyə ABŞ yaşıl işıq yandırıb 12 Punto 14 Punto 16 Punto

 

ABŞ İsrailin konsulluğumuza hücumuna yaşıl işıq yandırdı.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Dəməşqdə Suriyanın xarici işlər naziri Feysal Mikdad ilə birgə mətbuat konfransında deyib.

“Netanyahunun ABŞ-ın yaşıl işığı olmadan belə bir şey edə bilməsi mümkün görünmür. Vaşinqtonun bu hücumu pisləyən bəyanat yaymaması onun İsrailə yaşıl işığının işarəsidir”,- o bildirib.

Həmçinin o, amerikalıların İrana mesaj göndərərək, Dəməşqdəki konsulluğa hücumda onlarla İsrail arasında koordinasiyanın olmadığını vurğuladıqlarını deyib.

Qeyd edək ki, ötən gün Əmir Abdullahian suriyalı həmkarının iştirakı ilə Dəməşqdə İranın yeni konsulluğunun açılışında iştirak edib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.