azerbaycanxeberleritv.az » Manşet » Keşlədəki qətlə görə saxlanılan VAR
Manşet / Gündəm / Hadisə / 12-04-2024, 08:17

Keşlədəki qətlə görə saxlanılan VAR

 Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə "Azərbaycanxeberleritv"az Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

 

Aparılmış istintaqla 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşlə qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəhman Qəhrəmanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.


Bizimlə əlaqə saxlayın


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.