azerbaycanxeberleritv.az » Manşet » Təcili yardım şöbələri gücləndirilmiş iş rejiminə keçib
Manşet / Sosial / 4-07-2023, 03:01

Təcili yardım şöbələri gücləndirilmiş iş rejiminə keçib

 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırığına əsasən​ Bakı şəhəri və regionlardakı Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları, eləcə də tibb müəssisələrinin Təcili yardım şöbələri gücləndirilmiş iş rejiminə keçib.

“Azerbaycanxeberleritv.az” xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 125 tibbi briqadası xidmət üçün cəlb olunub.


Hazırda paytaxtın müxtəlif istiqamətlərində, küçələrdə əhalinin nisbətən sıx toplaşdığı ərazilərə təcili tibbi yardım briqadaları təhkim olunub.

Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq  TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.