azerbaycanxeberleritv.az » Manşet » Ukraynada siyasi çevrilişə cəhd: saxlanılanlar var
Manşet / Gündəm / Dünya / 1-07-2024, 14:44

Ukraynada siyasi çevrilişə cəhd: saxlanılanlar var

 Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkənin hərbi-siyasi rəhbərliyini hakimiyyətdən uzaqlaşdırmağı planlaşdıran qrupun üzvlərini müəyyən edərək onları həbs edib.


Azerbaycanxeberleritv.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə məlumat Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi Teleqram kanalında dərc edilib.


Aparılan istintaq işi nəticəsində məlum olub ki, zorakılıqla müşayiət edilməli olan çevriliş aktı iyul ayının 30-na planlaşdırılıb.


Dəstə üzvləri həmçinin Ukrayna Ali Radanın binasını ələ keçirməyi və bununla da onun işini əngəlləməyi planlaşdırıblar.


Hələlik ölkədə çevrilişə cəhd etməyə çalışan şəxslər və dəstə haqqında əlavə məlumat verilməyib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.