azerbaycanxeberleritv.az » Manşet » Zelenski əlavə 500 milyon dollarlıq hərbi yardımı ala bildi
Manşet / Dünya / 11-07-2024, 15:35

Zelenski əlavə 500 milyon dollarlıq hərbi yardımı ala bildi

 Kanada hakimiyyəti Kiyevə əlavə 500 milyon Kanada dolları (367 milyon ABŞ dolları) hərbi yardım verəcək. 


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.



Yardım Kanadanın baş naziri Castin Trüdo ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında Vaşinqtonda NATO sammiti çərçivəsində keçirilən ikitərəfli görüşdən sonra açıqlanıb.


Bu paket Kanadanın Ukraynaya vəd etdiyi və ya artıq verdiyi 4 milyard dollarlıq hərbi yardıma əlavə olunacaq. Maliyyələşdirmənin böyük hissəsi NATO-nun təşəbbüsü ilə yönəldiləcək və bu təşəbbüslə Ukrayna 40 milyard avro yardım alacaq.


Eyni zamanda, Kanada Qərb hərbi təyyarələrini idarə etməyi öyrənən ukraynalı pilotlar üçün təlim proqramını genişləndirəcəyini açıqlayıb


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.