azerbaycanxeberleritv.az » Manşet » Əjdər Ol hakim qarşısına çıxarıldı
Manşet / Cəmiyyət / 11-07-2024, 15:52

Əjdər Ol hakim qarşısına çıxarıldı

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) Ali Məhkəmədə kassasiya şikayətinə baxılıb. 


Sabiq aparat rəhbərinin vəkili Teymur Baloğlanovun "Azerbaycanxeberleritv.az"a verdiyi məlumata görə, kassasiya məhkəməsi bitməyib: "Hələ ki, məhkəmədə kassasiya şikayətinin müddəti mübahisələndirilir. Yekun qərar olmadı. Proses davam edir". 



Qeyd edək ki, məhkəmə prosesi hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilib. 


Xatırladaq ki, Əjdər Cəbiyev daha əvvəl kassasiya şikayəti versə də, sonradan şikayətini geri götürüb.


Əjdər Cəbiyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Səlim Müslümov isə ibtidai istintaq dövründə ev dustaqlığına buraxılıb. Məhkəmə ona 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Təyin edilmiş cəza 5 il sınaq müddəti seçilməklə şərti hesab edilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.