azerbaycanxeberleritv.az » Manşet » Bu il ağır cinayətlər törədən 119 kriminal qrup zərərsizləşdirilib
Manşet / Gündəm / Cəmiyyət / 12-07-2024, 16:59

Bu il ağır cinayətlər törədən 119 kriminal qrup zərərsizləşdirilib

 2024-сü ilin ilk altı ayı ərzində mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 356 kriminal qrup zərərsizləşdirilib.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə iyulun 12-də Daxili İşlər Nazirliyində 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.



Qeyd olunub ki, bu kriminal qruplardan 119-u ağır və xüsusilə ağır cinayətlər törədib.


“Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 179 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib”, - iclasda vurğulanıb.





AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.