Azərbaycanda 09.01.2024 tarixində VIl çağırış parlament seçkiləri keçiriləcək. Özünə və gücünə güvənən hər kəs seçki qanunvericiliyinə uyğun qaydada namizədliyini irəli sürərək seçkilərdə şansını sınayacaq. Ümid edirik bu sırada Yasəmən Qəyyumlu da olacaq.
Uzun müddətdir Yasəmən Qəyyumlunun işgüzar və aktiv fəaliyyətini ölkə gündəmində izləyirik. Həm koronavirus pandemiyasının tüğyan etdiyi vaxtlarda, həm ikinci Qarabağ savaşı zamanı arxa cəbhədə və həm də müharibə bitdikdən sonra Yasəmən Qəyyumlunun dövlətinə və xalqına xidmətləri ilə göstərdiyi sadiqliyin şahidiyik.
Onun haqqında bilgi toplayarkən çoxşaxəli faydalı fəaliyyətini incələdik. Əldə etdiyimiz məlumata əsasən
Yasəmən Qəyyumlu əmək fəaliyyətinə təhsil sektorunda başlayıb. Onillik pedoqoji fəaliyyəti ərzində yüzlərlə savadlı və vətənpərvər şagirdlər yetişdirib. Məsuliyyət və bacarığına görə “ilin müəllimi” adına layiq görülüb.
Daha sonra mətbuat sahəsində də böyük uğurlar əldə edə bilib. Təsisçisi və baş redaktoru olduğu ” Ədalət yolu” qəzetində dərc olunan maraqlı və faktlara əsaslanan məqalələri ilə oxucu kütləsinin böyük sevgisini qazanıb. Bu uğurlarını QHT sektorunda genişləndirən Yasəmən xanım qısa müddət ərzində çoxşaxəli fəaliyyəti ilə ölkə gündəmində olub. O, ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyərək, onun imza atdığı sosial yönümlü layihələrə tövhə vermək üçün mütəmadi olaraq rəhbərlik etdiyi “Qayğıya Ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin prinsiplərini əsas tutaraq şəhid ailələrinə, qazilərə, fiziki məhdudiyyətli şəxslərə və aztəminatlı ailələrə xüsusi diqqət və qayğı göstərərək, onların mövcud problemlərinin həlli istiqamətində yardımçı olub.
Bu gün də, bu istiqamətdə fəaliyyətini davam etdirir. Yasəmən Qəyyumlu peşəkarlığı ilə seçilərək Azərbaycan Jurnalistlər birliyinin üzvü, “Qızıl qələm” media mükafatçısı, seçilən şeirlərin müəllifi olaraq “Xalqın şairi” yarışmasının qalibi və onlarla rəsmi ödüllerin sahibidir. Ölkə telekanallarında ekspert kimi iştirak edərək qarşıya çıxan yüzlərlə problemli məsələlərin həllində yaxından iştirak edib. Xeyriyyəçilik fəaliyyəti danılmazdır.
Yasəmən Qəyyumlu ziyalı xanım, vətənpərvər insan, dövlətinini, xalqını sevən siyasi -ictimai fəal, Türk dünyasına bağlı olaraq türkçülük ideyasını həyata keçirən müasir düşüncəli soydaşımız, gözəl ana və sadiq ailə başçısıdır.
Bu cür faydalı işgüzar xidmətləri və alicənablığı ilə hərtərəfli yüksək keyfiyyətləri özündə cəmləşdirən Yasəmən Qəyyumlunu seçki meydanlarında ona göstərəcəyimiz yüksək səviyyədə dəstəyimizlə gözləyirik.
Biz Yasəmən Qəyyumlu ilə bu mövzuda həmsöhbət olduq. İrəli sürdüyümüz təklif və çağırışçılarımıza böyük sayğı göstərdi. Çətin və şərəfli mübarizəyə qatıldığını dilə gətirdi.
Mübarizə nə qədər çətin olsa da, sona qədər mübarizə aparacağını bildirdi. 82 saylı İmişli Saatlı seçki dairəsindən deputatlığa namizəd olan Yasəmən Qəyyumlu vurğuladı ki, İmişli və Saatlıları Milli Məclisdə təmsil etmək mənim üçün şərəf və qürurdur.
Yasəmən xanım Qəyyumlu “Yeni hədəf və məqsədlərə doğru” şüarını böyük sevgi ilə səsləndirərək fikirini tamamladı.
Biz də Yasəmən Qəyyumluya hədəf və məqsədlərinə çatmaq üçün uğurlar arzulayırıq.