azerbaycanxeberleritv.az » Manşet » BMU-İNHA İDP-nin 83 tələbəsi İnçon şəhərindədir - FOTO
Manşet / Cəmiyyət / 20-08-2024, 12:12

BMU-İNHA İDP-nin 83 tələbəsi İnçon şəhərindədir - FOTO

 Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində 83 tələbə IV kursu Koreya Respublikasında təhsil alacaq.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, təhsillərini davam etdirmək üçün 17-18 avqust tarixlərində Koreyaya yola düşən 2021/2022-ci tədris ili proqramının tələbələri artıq İnçon şəhərinə yerləşiblər.  



Sonuncu kursu cari il sentyabr ayının 2-dən etibarən İNHA Universitetində davam etdirəcək 83 tələbə 19 avqustdan etibarən yeni mühitdə tədris prosesinə çevik uyğunlaşmaq məqsədilə intensiv şəkildə baza əsaslı dərslərə qatılırlar.


Tədrisi 3+1 modeli əsasında qurulan proqramın şərtlərinə əsasən, tələbələr bakalavriat səviyyəsində informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İNHA Universitetində təhsil almalıdırlar.


Tədris ilini uğurla başa vuran tələbələr hər iki universitetin diplomunu əldə edəcəklər.


BMU-İNHA İDP “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.  


 


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.